Başqasına məxsus evi satıb aradan çıxdılar: Bakı sakini aldadıldığını İDDİA EDİR VİDEO

19-05-2025, 16:24           
Başqasına məxsus evi satıb aradan çıxdılar:
Bakı sakini Demyan Vladimiroviç ev alarkən aldadıldığını iddia edir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki o, ev almaq üçün 8 500 manat pul verib.

Özünü rieltor kimi təqdim edən şəxs isə pulu aldıqdan sonra yoxa çıxıb.

Şikayətçinin sözlərinə görə, saytda gördüyü elan vasitəsilə İsmayıl Əsgərov ad-soyadlı rieltorla əlaqə saxlayıb. Həmin şəxs isə Demyanı ev sahibi olduğu bildirilən Mübariz Həsənovla tanış edib.

Şikayətçi bildirib ki, pulu verdikdən sonra məlum olub ki, evin sahibi başqa adamdır. Çünki o, əldə etdiyi evin damını təmir edən zaman başqa bir şəxs həmin evin ona məxsus olduğunu deyib.

Sonradan evin damına çəkilən xərc geri qaytarılsa da, rieltorlara verilən 8 500 manatı almaq mümkün olmayıb. Məsələ ilə bağlı zərərçəkən polisə də müraciət edib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru