Hövsanda su kanalı daşır, evlərin ətrafında antisanitariya hökm sürür - ŞİKAYƏT/VİDEO

19-05-2025, 12:18           
Hövsanda su kanalı daşır, evlərin ətrafında antisanitariya hökm sürür - ŞİKAYƏT/VİDEO
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Hövsan bağları" adlanan ərazidə narahatlıq artmaqdadır.

TEREF XəzərTV-yə istinadən məlumat verir ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.

Hövsan sakini iddia edir ki, kanalın bəzi hissələri təmizlənsə də, onların evinə yaxın ərazi təmizlənməyib. Xüsusən də yağış yağan kimi kanalın daşaraq ətrafı basdığı iddia olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumlara xəbər verildiyi, lakin tədbir görülmədiyi deyilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müvafiq sukanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru