ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib

19-05-2025, 12:44           
ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib
Vladimir Putin sülh danışıqlarını öz razılığı ilə aparmasa Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

APA xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın bunu açıq şəkildə ifadə etdiyini deyib.

"Sizə deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar. Çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular", - Bessent bildirib.

Xatırladaq ki, danışıqlar başlayandan bəri Ağ Ev dəfələrlə Rusiyanın atəşkəsdən və sülh danışıqlarından imtina edəcəyi təqdirdə Moskvanı yeni sanksiyalarla vuracağını bildirib.

Sanksiyalarla bağlı variantlardan biri Rusiyadan ABŞ və digər ölkələrə ixrac edilən istənilən mala yüksək vergilərin tətbiqidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru