AYIN GÖRMƏDİYİMİZ ARXA TƏRƏFİ

6-09-2024, 08:44           
AYIN GÖRMƏDİYİMİZ ARXA TƏRƏFİ
Ayın Yer ətrafında fırlanma periodu onun öz oxu ətrafında fırlanma perioduna bərabərdir.
Ona görə də Ay həmişə Yerə bir tərəfi ilə baxır.
Bu səbəbdən də Yerdən baxanda biz Ayın arxa tərəfini görmürük.
Ayın Yerdən görünməyən səthi onun 41%-ni təşkil edir.
Ayın arxasına, bəzən onun qaranlıq tərəfi deyirlər.
Halbuki Ayın qaranlıq tərəfi yoxdur, onun hər tərəfi qaranlıqdır.
Biz Ayı Günəş işığını əks etdirdiyi görürük.
Ayın arxa tərəfi əsrlərdir insanoğluna sirli və mistik gəlmişdir.
Əslində isə orada hər şey ön tərəfdəki kimidir.
Ayın arxa tərəfi ilə Yerdən görünən tərəfi arasındakı əsas fərqlər onun üzərində kontinental relyefin üstünlük təşkil etməsi və kraterlərin çoxluğudur.
Aydakı dənizlər onun səthindəki düzənliklərdir.
Onlar bərkimiş lava ilə doludur və buna görə də belə tünd rəngə malikdirlər.
Biz Yerdən baxarkən Aydakı tünd ləkələr dənizlərdir.
Ayın arxa tərəfində yalnız iki dəniz var.
Ona görə də Ayın bu tərəfində tünd ləkələr demək olar ki, yoxdur.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.