Yakutiyada 40 min il yaşı olan canavar mumiyası tapılıb –FOTO
6-09-2024, 11:18
Yakutiyanın buzlaqlarında, permafrostda tapılan qədim canavarın DNT-si alimlərin tərəfindən deşifrə edilib.
Azpost.info bildirir ki, məlumatı “TASS” yayıb.
Əldə edilən məlumatlar qədim dövrlərdə planetdə baş verən təkamül proseslərini başa düşmək üçün yeni üfüqlər açıb.
“Rosnano” – nun mütəxəssisləri təxminən 40 min il əvvəl yaşadığı güman edilən və Yakutiyanın əbədi buzlaqlarından tapılan bu qədim canavar mumiyasının DNT-sini təcrid etməklə onu uğurla deşifrə etməyi bacarıblar. Görülən bu işlə, elmi yeniliklə bağlı şirkətdən verilən məlumata görə, alimlərə canlıların təkamülünü öyrənmək üçün belə bir yeni imkanlar açan genetik tədqiqat Rusiya Elmlər Akademiyasının sifarişi ilə həyata keçirilib.
Nəşrin xəbərində xüsusilə qeyd edilir ki, Rusiya Elmlər Akademiyasının rəhbərliyi altında və qurumun sifarişi ilə “Rosnano” tədqiqat qrupunun bioloji laboratoriyası Yakutiyanın buzlaqlarından tapılan, tarixi yaşı təxminən 40 min olan nadir canavar üzərində heyvanın xəz, eləcə də yumşaq toxuma nümunələrinin unikal bir genetik tədqiqinin aparıldığı barədə yeni xəbəri təsdiq edib. Mütəxəssislər öncə yeni nəsil sekvensiya texnologiyalarının müasir imkanlarından istifadə etməklə, çox nadir nümunə olan bu qədim canavarın DNT-sini tam təcrid edəndən sonra onu deşifrə edə biliblər.
“Alimlərin fikrincə, bu uğurlu bir tədqiqat hesab edilməlidir, çünki müasir elm aləmi naminə görülən həmin işlərlə yanaşı həm də bütün mikrobiom ətraflı öyrənilib. Rus alimləri bu qədim yırcının qalıqlarındakı yaşayan bakteriyaları, virusların tərkibini də araşdırıblar. Əldə edilən elmi yeniliklər və ilk məlumatlar planetimizdə baş verən təkamül proseslərini dərk etməkdən ötrü çox böyük ümidlər vəd edir ki, bu da elm aləmində bizim üçün yeni kəşflərə yol aça bilər”-deyə başlanğıcdan prosesin daimi iştirakçısına çevrilən “Rosnano” tədqiqat qrupunun nümayəndəsi bildirib.
Nəşr xatırladır ki, “Rosnano” biotexnoloji laboratoriyası tibb, həmçinin neft sənayesi də daxil olmaqla genetika sahəsində tədqiqatlar üzrə ixtisaslaşıb.
“Təxminən 40 min il əvvəl yaşayan qədim canavarın mövcud olduğu dövrlərdə belə artıq müasir insan formalaşmışdı. Belə ki, məhz həmin zamanlarda şüurlu canlı olan insan növünün növbəti inkişaf mərhələsi başlayıb. Təkamülün nəticəsində köklü və böyük dəyişikliklər yarandığından keçmiş “Homo erectus”-a çevrilib. Beləliklə də az sonra tarixi keçid mərhələsi tamamlanıb.
Nəticə etibarilə bu mərhələ, baş verənlər həm də Homo sapiensin formalaşmasına yeni şəraitdə yaradıb. Ancaq hələ müasir həyat tərzi tam formalaşmamışdı. Alimlər üçün bu dövrləri və insanları bir növ kimi dərindən araşdırmaq üçün buzlaqlardan tapılan canavarın qalıqları yeni-yeni elmi imkanlar açır. Deyim ki, tədqiqat çox vaxt və həm də böyük iradə, əzm tələb edirdi, çünki 40 min il yaşı olan qədim tapıntının DNT-si demək olar, tamamilə mutasiyaya uğramışdı. Lakin biz məlumatları oxuyub dəqiq nəticələr əldə edə bildik”- söyləyən “Rosnano” şirkətinin biotexnologiya treki rəhbəri, tədqiqatçı alim Denis Nikitinski “TASS”-ın əməkdaşına görülmüş işlərdən danışıb.
Nəşr yazır ki, yaşı çox qədim olsa da lakin yaxşı qorunmuş Yakut canavarı mumiyası 2021-ci ildə Abyi bölgəsindəki Tirax adlı çayın ərazisində yerli sakinlər tərəfindən aşkar edilib. Bu nadir qurd tapıntısını təxminən 40 metr dərinlikdə, buzlaqların arasından donmuş halda çıxarıblar.
Elm adamlarının fikrincə, bu qeyri-adi və nadir tapıntı, yəni Yakutiyada üzə çıxmış qədim canavarın mumiyası həmin dövrlər ərzində mövcud olmuş yetkin yırtıcıların yeganə nümunəsi kimi dünya elmində ilk böyük kəşf hesab edilir.