Karola körpüsünün dağılması səbəbi aydınlaşdı: "Son 20 ildə..."- FOTOLAR

12-09-2024, 11:52           
Karola körpüsünün dağılması səbəbi aydınlaşdı: "Son 20 ildə..."- FOTOLAR
Gecə saatlarında 02:59-da Almaniyanın Drezden şəhərinin qədim hissəsini şəhərin digər hissəi ilə birləşdirən Karola körpüsünün dəmir yolu hissəsi uçub. Elba çayı üzərindəki Karola körpüsünün təxminən 330 metrlik hissəsi çaya düşüb.

Drezden Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada relslərin yerləşdiyi körpünün təxminən 100 metrlik hissəsinin dağıldığı, ölən və yaralananların olmadığı bildirilib.
Körpünün uçması ilə bağlı rəsmi mənbələrdən verilən məlumata görə, son 20 ildə texniki xidmətə kifayət qədər pul xərcləməyib, yəni gücü, kadrları, tikinti xərclərini və s.-ni lazımi səviyyədə təmin edilməyib”.

Qeyd edək ki, Karola körpüsü Drezden şəhərinin mərkəzindəki Elba çayı üzərindəki dörd körpüdən biridir. Kral Albertin həyat yoldaşı Karola fon Vasa-Holşteyn-Qottorpun (1833-1907) şərəfinə adlandırılıb. 1971-ci ildən 1991-ci ilə qədər körpü Saksoniyanın keçmiş Baş naziri və Drezden meri Rudolf Fridrixsin şərəfinə Dr. Rudolf Fridrix körpüsü adlandırılmışdır.

Əntiqə Rəşid














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru