Autizm spektrli uşaqları birdən-birə konsertə aparmaq olmaz, əks halda… — XƏBƏRDARLIQ

17-09-2024, 12:54           
Autizm spektrli uşaqları birdən-birə konsertə aparmaq olmaz, əks halda… — XƏBƏRDARLIQ
Autizm spektr pozuntusundan əziyyət çəkən uşaqların özlərinə xas bir dünyası olur. Bu uşaqlar insanlarla kontakta girə bilmirlər. Ona görə yox ki, istəmirlər və ya bunu bacarmırlar. Sadəcə olaraq onlar toxunulmağı, səs-küyü sevmirlər.

Bu sözləri Demokrat.az-a açıqlamasında loqoped, kəkələmə üzrə mütəxəssis “Sanora Psixoloji Nitq İnkişaf Mərkəzi”nin rəhbəri Xəyalə Xəlilova deyib.

O bildirib ki, autizmli uşaqlar əgər yüksək səs eşidirlərsə, qulaqlarını iki əlləri ilə qapayır və steriotipləri başlayır:

“Autizmli uşaqlar bir az daha ağırlaşırsa, bu uşaqlarda artıq bir anda krizlər başlayır. Necə ki, konsertə gedənautizmli uşaq birdən-birə səs-küylü mühitə düşüb, ilk öncə qulaqlarını qapayıb, daha sonra steriotipləri başlayıb və ondan sonra isə krizə girib. Çünki onlar səsi qəbul edə, gur işıqları, yanıb-sönən işıqları qəbul edə bilmir. Ümumiyyətlə, biz bu tipli uşaqlara cəmiyyəti qazandırmaq istəyiriksə, ilk öncə uşaqla mütəxəssis fərdi olaraq işləməlidir, sonra isə o hissə-hissə qruplarda olmalıdır. Daha sonra isə baxçada, xüsusi məktəblərdə olmalıdır. Amma uşağı birdən-birə konsertə, səs-küylü yerlərə aparmaq bu uşağa zərər verəcək. Təkcə uşağa yox, onun valideyninə də ətrafdakı insanlara da xoş olmayacaq. Ən əsası da uşaq kriz zamanı daha gec sakitləşə bilər .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.