NATO aviasiyası və Estoniya HDQ Rusiyaya gedən gəmini ələ keçirməyə cəhd ediblər VİDEO

15-05-2025, 15:48           
NATO aviasiyası və Estoniya HDQ Rusiyaya gedən gəmini ələ keçirməyə cəhd ediblər  VİDEO
Mayın 14-də NATO aviasiyası və Estoniya Hərbi Dəniz Qüvvələri (HDQ) Qabon bayrağı altında Rusiyanın Primorsk şəhərinə gedən "JAGUAR" mülki gəmisini neytral sularda ələ keçirməyə cəhd ediblər.

Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, Estoniya hərbçiləri gəmini beynəlxalq suları tərk edərək ölkənin ərazi sularına getməyə məcbur etməyə çalışıblar. Orada Tallinin "JAGUAR"ı saxlamağa tam hüququ olacaqdı.

Qeyd olunur ki, Baltikyanı respublikanın dənizçiləri mülki gəmiyə təsir etməklə hədələməyə başlayıblar və iki dəfə helikopterdən desant endirməyə cəhd ediblər.

Lakin "JAGUAR" ekipajı Primorska istiqamət alaraq, əvvəlki marşrutu izləməyə davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru