Şagirdlər üçün yay düşərgələrinin qiymətləri AÇIQLANDI VİDEO
Bu gün, 12:28
Ən ucuz yay düşərgəsi 350 manata, ən bahalısı isə 3000 avro və daha yüksək qiymətlərlə təklif olunur.
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət məktəblilər üçün nəzərdə tutulan yay düşərgələrindən gedir.
Bildirilib ki, qiymətlər ötən illə eyni səviyyədədir.
Ölkədaxili 350 manatdan başlayır. Bəzi düşərgələr şəhərdən kənarda yerləşir. Qiymətləri ucuz olan düşərgələr də var. Yerli düşərgələrlə yanaşı, İstanbul və Monteneqro kimi ölkələrdə də yay düşərgələri təşkil olunur. Bu düşərgələrin qiymətləri 700-800 dollardan başlayaraq, 2000 avroya qədər dəyişir. Beynəlxalq təhsil yönümlü düşərgələr isə 3000 avro və daha yüksək qiymətlərlə təklif olunur.
Təşkilatçıların sözlərinə görə, düşərgələr həm gündəlik proqramla, həm də gecələmə imkanı ilə fəaliyyət göstərir. Burada yaş kateqoriyası da nəzərə alınır - əsasən 11 yaşa qədər uşaqlar üçün nəzərdə tutulur. Hər düşərgənin öz proqram və tədbirləri mövcuddur.