Ukraynanın qaz ehtiyatları son 11 ilin minimum həddinə çatıb
Dünən, 12:08
Ukraynadakı qaz anbarlarında mövcud ehtiyatlar son 11 ilin ən aşağı səviyyəsinə enib. Bu barədə "ExPro Daily Gas" məlumat yayıb.
Bildirilir ki, 11 may tarixinə olan məlumata əsasən, ölkədə cəmi 6,02 milyard kubmetr qaz ehtiyatı mövcuddur və yeraltı anbarların doluluq səviyyəsi cəmi 19,4% təşkil edir. Halbuki ötən il bu göstərici 31,7% daha yüksək olub.
Bundan əvvəlki il (2023) anbarlardakı qaz ehtiyatı 8,8 milyard kubmetr olub. ExPro Daily Gas-ın məlumatına görə, son illərdə ən yüksək göstərici 2020-ci ildə qeydə alınıb – 17,08 milyard kubmetr.