İNCİLDƏKİ “MƏNƏ, MƏNƏ.. .” İLƏ BAŞLAYAN İFADƏ HANSI DİLDƏDİR?
15-05-2025, 16:03

Rəqəmlərlə başlayan yazıların hamısı kitabdandır. Mənim deyillər. Onları oxumasaq, sonra heç nəyi başa düşməyəcəyik. Ona görə səbilri olun, uzun olsa da, sona kimi oxuyun:
İNCİLİN (BİBLİYA) "DANİYEL KİTABI"NDA AŞAĞIDAKILARI OXUYURUQ:
DANİYEL 5:12: "DIVARDA GÖRÜNƏN SİRLİ SÖZLƏR"

5. Kral Bəlşəzzər min nəfərlik zadəganı üçün böyük bir ziyafət verdi və onlarla birlikdə şərab içdi.
6. Belşəzzər şərab içərkən, atası Nəbuhədnəzərin Yerusəlimdəki məbəddən götürdüyü qızıl və gümüş kasaların, vazaların, qədəhlərin gətirilməsini əmr etdi ki, kral və onun zadəganları, arvadları və cariyələri onlardan içə bilsinlər.
7. Beləliklə, Yerusəlimdəki Allah məbədindən götürülmüş qızıl kasalar gətirildi və kral, zadəganları, arvadları və cariyələri onlardan şərab içdilər.
8. Onlar şərab içdikcə, qızıl, gümüş, tunc, dəmir, taxta və daşdan olan tanrıları tərif etdilər.
Divarda arami dilində yazılmış yazı
“Əl divara “Mene, Mene, Tekel, Peres, Uparsın” sözlərini arami dilində yazdı.”
Birdən insan əl barmaqları göründü və sarayın lampası yaxınlığında divarın suvağı üzərində yazmağa başladı. Kral (Babilin kralı Belşəzzər-T.A.) yazan əli görərək baxdı.
6. Onun üzü ağardı, qorxudan dizləri bir-birinə dəydi və gücsüz qalıb yıxıldı.
7. Kral cadugərləri, münəccimləri və falçıları çağırtdırdı və onlara dedi: “Kim bu yazını oxuyub mənasını başa salarsa, ona bənövşəyi paltar geyindirəcəyəm, boynuna qızıl zəncir taxdıracaq və onu ölkədə üçüncü ən yüksək vəzifəyə sahib edəcəyəm.”
8. Kralın bütün müdrikləri gəldilər, lakin nə yazını oxuya, nə də onun mənasını başa sala bildilər.
9. Kral Belşəzzər daha da qorxdu, üzü daha çox ağardı, zadəganlar isə çaş-baş qaldılar.
10. Kraliça kralla zadəganların səsini eşidib ziyafət salonuna daxil oldu. O dedi: “Ey kral, əbədi yaşa! Qorxma! Üzündəki ağrılı ifadəyə baxma!
11. Sənin ölkəndə müqəddəs tanrıların ruhunu daşıyan bir adam var. Sənin atan dövründə o, tanrı hikməti, ağıl və düşüncə sahibi kimi tanınırdı. Kral, Nəbihədnəzər – sənin atan, onu cadugərlərin, sehrbazların, münəccimlərin və falçıların başçısı təyin etmişdi.
12. U adam, Daniyeldr – kralın adlandırdığı kimi Belşəzzər – aydın zehinə, biliyə və anlayışa malikdir, yuxuları yozmaq, qaranlıq məsələləri izah etmək və çətin problemləri həll etmək bacarığına sahibdir. Daniyeli çağırın, o sizə yazının mənasını söyləyəcək.”
13. Beləliklə, Daniyel kralın yanına gətirildi. Kral ona dedi:
“Sən Yəhudistandan atamın gətirdiyi əsirlərdənsənmi, Daniyel?
14. Mən eşitmişəm ki, sən tanrıların ruhunu daşıyırsan, ağlın və müdrikliyində bənzərin yoxdur.
15. Müdriklər və sehrbazlar bu yazını oxumaq və mənasını söyləmək üçün yanıma gətirildilər, amma bacarmadılar.
16. Amma mən eşitmişəm ki, sən yozum verə, çətin məsələləri həll edə bilirsən. Əgər bu yazını oxuyub mənasını söyləsən, sənə bənövşəyi paltar geyindirəcəyəm, boynundan qızıl zəncir asdıracam və sən ölkədə üçüncü şəxs olacaqsan.”
17. Daniyel cavab verdi: “Hədiyyələrini özünə saxla, mükafatını başqasına ver. Ancaq mən yazını oxuyacaq və kralın kim olduğunu söyləyəcəyəm.”
18. “Ey kral, Uca Tanrı sənin atan Nəbuhədnəzərə padşahlıq, böyüklük, şöhrət və izzət verdi.
19. O qədər böyük gücə sahib idi ki, bütün xalqlar, millətlər və müxtəlif dillərdən olan insanlar ondan qorxur, titrəyirdi. Kimi istəsə öldürürdü, kimi istəsə sağ buraxırdı; kimi istəsə ucaldırdı, kimi istəsə alçaldırdı.
20. Amma qəlbi təkəbbürlə dolduqda və qüruru sərhədi keçdikdə, taxtdan salındı və izzətindən məhrum edildi.
21. İnsanlar arasından qovuldu, ona heyvan ağlı verildi, vəhşi eşşəklərlə yaşadı, mal-qara kimi ot yedi, bədəni göydən yağan şehə batdı. Ta ki, Uca Tanrının insanların padşahlıqları üzərində hökmran olduğunu və istədiyi şəxsi onların başına keçirdiyini anlayana qədər.
22. Lakin sən, ey Belşəzzər, onun oğlu olaraq, bunları bilə-bilə özünü alçaltmadın.
23. Ancaq göylərin Rəbbinə qarşı çıxdın. Onun məbədindən gətirilən kasalarla sən, sənin zadəganların, arvadların və cariyələrin şərab içdiniz. Gümüş, qızıl, tunc, dəmir, taxta və daşdan olan – görməyən, eşitməyən, anlamayan tanrılara təriflər söylədiniz. Amma sənin həyatını və yollarını əlində saxlayan əsil Tanrını izzətləndirmədin.
24. Buna görə də, O, bu yazını yazan əli göndərdi.
25. Yazı belə oxunur:
MENE, MENE, TEKEL, PARSİN
26. Bu sözlərin mənası budur:
Mene – Tanrı sənin padşahlığının günlərini saydı və sona çatdırdı.
27. Tekel – Sən tərəziyə qoyuldun və yüngül gəldin.
28. Peres – Sənin padşahlığın parçalanaraq midiyalılarla farslara verildi.”
29. O zaman Belşəzzərin əmri ilə Daniyelə bənövşəyi paltar geyindirildi, boynuna qızıl zəncir taxıldı və o, ölkənin üçüncü rəhbəri elan edildi.
30. Həmin gecə Babilin kralı Belşəzzər öldürüldü.
31. (32) Onun yerinə altmış iki yaşlı Midiya kralı Dara taxta çıxdı.
Ardı var.
------------------------------------
Şəkillərdə 1. Nəbihədnəzər - Babildə hökmdarılıq illəri - e.ə. 605-562. Bu şəklin altında "Böyük İncil düşməni - Nabunovoxodonosor II" yazılıb.
2. Babil hökmdarı Belşəzzər (Valtasar).
3. "Belshəzzər və divardakı yazı" adlı kitabın söylədiyi nağıl Avropa xrsitianlıq sənətinin az qala mərkəzi mövzusu olub tarix boyu. Odur ki, hətta Rembrandt kimi dahi sənətkar da "Belşəzzər və Qonaqlıq" (1635) adlı əsər həsr edib ona.
Tariyel Azerturk
TEREF