Bankomatdan pul çıxarmaq olmayacaq: yeni qanun bu tarixdən qüvvəyə minəcək

15-05-2025, 16:14           
Bankomatdan pul çıxarmaq olmayacaq: yeni qanun bu tarixdən qüvvəyə minəcək
Rusiya prezidenti 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək mühüm qanun imzalayıb.
Yeni qanun telefon və internet vasitəsilə dələduzluqla mübarizəni gücləndirmək məqsədi daşıyır və bu sahədə banklar, mobil operatorlar, dövlət qurumları və onlayn platformalar arasında koordinasiyalı əməkdaşlıq tələb edir.
Bütün proses Rəqəmsal İnkişaf Nazirliyinin nəzarəti altında vahid informasiya sistemində həyata keçiriləcək. Əsas məqsəd – şübhəli nömrələr və hesablarla bağlı məlumatların real vaxtda paylaşılmasıdır. Bu sistem zəng və ya pul köçürməsi mərhələsində belə fırıldaqçıların fəaliyyətinə əngəl olacaq. Artıq vətəndaş zəng edən nömrənin hansı təşkilata aid olduğunu ekranda görə biləcək.
Yeni qanun vətəndaşların şəxsi məlumatlarını və maliyyə təhlükəsizliyini gücləndirmək üçün bir sıra yeniliklər təqdim edir. Rəqəmsal etiketləmə: Təşkilatlardan gələn zənglər identifikasiya ediləcək. Bundan əlavə vətəndaşlar öz razılığı olmadan adlarına SİM kart qeydiyyatını qadağan edə biləcəklər.
Banklar fırıldaqçılıq şübhəsi olduqda istifadəçinin nağd pul çıxarışını 48 saat müddətinə gündə 50 min rubl həddində məhdudlaşdıra biləcək. Mərkəzi Bank isə fırıldaqçılıq riski olan hesablar üçün aylıq 100 min rubl limit tətbiq edəcək. Bu, xüsusilə yaşlı və texnologiyadan az anlayışı olan vətəndaşların qorunmasına yönəlib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru