İtaliya Kubokunun qalibi müəyyənləşdi VİDEO 15-05-2025, 12:28 İtaliya Kubokunun final matçında "Milan" və "Bolonya" üz-üzə gəliblər.Oxu.Az xəbər verir ki, oyun Romanın "Olimpiko" stadionunda baş tutub.Matç "Bolonya"nın minimal hesablı qələbəsi ilə yekunlaşıb.Görüşdə yeganə qolu 53-cü dəqiqədə Dan Ndoy vurub.Bununla da "Bolonya" cari mövsümdə İtaliya Kubokunun qalibi ünvanına sahib çıxıb. Facebook-da paylaş