Türkiyədə maraqlı mənzərə: Qağayılar yem əldə etmək üçün pişiyə "çevrildilər" VİDEO
Bu gün, 12:58
Türkiyədə qağayılar pişik yemi əldə etmək üçün miyoldamağı öyrəniblər.
MK.ru "Telegram" kanalının verdiyi xəbərə görə, bununla bağlı Türkiyədə çəkilmiş maraqlı videogörüntülər sosial şəbəkələrdə gündəmə çevrilib.
Quşların qeyri-adi davranışı diqqət çəkib: qağayı pişiyin miyoldamasını təqlid etməyə başlayıb. Səbəb isə yaxınlıqda quraşdırılmış və içərisində evsiz heyvanlar üçün yem olan avtomat cihazdır.
Yayılan kadrlarda quşların cihazın yanında növbə gözlədikləri və miyoldama ilə yoldan keçənlərin diqqətini cəlb etdikləri görünür. Məqsədləri odur ki, insanlar düyməni basaraq cihazdan yem çıxarsın və bu yem onlara qismət olsun. Yerli sakinlər bu halı təbəssümlə qarşılayır və hətta "qağayı pişik olmağın daha sərfəli olduğunu başa düşüb" deyə zarafat edirlər.