Siqaretdən daha təhlükəli yeməklər açıqlandı - 32 xəstəlik yaradır

Bu gün, 17:04           
Siqaretdən daha təhlükəli yeməklər açıqlandı - 32 xəstəlik yaradır
ABŞ-dən olan alimlər 10 milyona yaxın könüllünün iştirak etdiyi onlarla böyük araşdırmanı təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, fastfud və ultra emal olunmuş qidaların müntəzəm istehlakı insan sağlamlığına mənfi təsir göstərə bilər.

Bu barədə Mir24.TV xəbər yayıb.

Bildirilir ki, fastfud, qablaşdırılmış çörək məmulatları, şirin qarğıdalı lopası, çips və qazlı içkilərin hazırlanması zamanı istehsalçılar müxtəlif aromatizatorlar, emulqatorlar və süni boyalar əlavə edirlər. Bu məhsullar zərərli yağlar, şəkər və duzla zəngindir, sağlamlıq üçün çox vacib olan lif və vitaminlərdən isə demək olar ki, məhrumdur.

Elm adamlarının sözlərinə görə, yüksək dərəcədə emal edilmiş qidaların istehlakı ilə xərçəng də daxil olmaqla 32 xəstəlik arasında birbaşa əlaqə aşkarlanıb.

"Depressiya, diabet, ürək-damar xəstəlikləri - bunlar fastfudun müntəzəm istifadəsinin gizlətdiyi təhlükələrdən yalnız bir neçəsidir", - deyə alimlərin araşdırmasında bildirilir.

Ekspertlərin sözlərinə görə, ultra emal edilmiş qidalar hətta siqaret çəkməkdən daha təhlükəli ola bilər, çünki onlar bütün əhali qrupları üçün geniş əlçatandır və tez-tez qəbul edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.