Alimlərdən Yeni il ərəfəsində güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

31-12-2024, 15:48           
Alimlərdən Yeni il ərəfəsində güclü maqnit qasırğası XƏBƏRDARLIĞI
Yeni il ərəfəsində Yer kürəsində maqnit qasırğası baş verə bilər.

Rg.ru xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş Fizikası İnstitutunun saytında bildirilir.

Məlumata görə, Günəşdə partlayışdan sonra ilk plazma buludu Yerə dekabrın 31-i səhər Bakı vaxtı ilə saat 08:30-da, ikincisi isə gündüz, Bakı vaxtı ilə saat 15 radələrində çatacaq. Bunun güclü G3 maqnit qasırğasına səbəb olacağı gözlənilir.

Qeyd olunur ki, proqnozlaşdırma üçün ümumi mənzərə çox mürəkkəbdir, çünki hazırda planetlərarası məkanda bir-birinə qismən təsir edən ən azı dörd günəş kütləsi hərəkət edir və onların son trayektoriyalarını proqnozlaşdırmaq asan deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru