Danimarkada matçın ən yaxşı oyunçusuna bir əl arabası kartof verildi Bu gün, 15:58 Danimarka Superliqasının "Sönneryuysk" - "Norşelland" qarşılaşması meydan sahiblərinin futbolçusu Maksim Sulya üçün yaddaqalan olub.Bu barədə komandanın sosial şəbəkə səhifəsindən məlumat yayılıb.Hederslevdən olan komanda Danimarka çempionatının 3-cü turunda "Norşelland"ı 3:2 hesabı ilə məğlub edib. Oyunda hesabı məhz fransalı müdafiəçi açıb.Sonda Sulya matçın ən yaxşı oyunçusu seçilib. Mükafat olaraq ona oyunun sponsorundan 55 kiloqram təzə çıxarılmış kartof hədiyyə edilib. Facebook-da paylaş