Avstraliyada son onilliklərin ən güclü qarı yağıb Bu gün, 16:08 Avstraliyanın şərqindəki şəhərlərə son onilliklərin ən güclü qarı yağıb."Reuters" xəbər verir ki, Yeni Cənubi Uelsin bəzi bölgələrində qar ötrüyünün qalınlığı 1980-ci illərdən bəri ilk dəfə 40 sm-ə çatıb.Kvinslenddə isə son 10 ildə ilk dəfə qar yağıb.Məlumata görə, 100-dən çox avtomobil yollarda qalıb. Qar fırtınası binalara ziyan vurub və on minlərlə ev işıqsız qalıb. Facebook-da paylaş