Peyklərə ehtiyac qalmadı: Onları süni intellekt əvəz edə bilər
Bu gün, 15:48
"Google"un yeni "AlphaEarth Foundations" süni intellekt sistemi mahiyyətcə ənənəvi peyk sistemlərini əvəz edə bilər. O bir növ daha dəqiq və sabit işləyən "virtual peyk"dir.
Oxu.Az xəbər verir ki, bu barədə Focus.ua yazır.
"AlphaEarth Foundations" Yerin səthi və sahil sularının daimi, vahid modelini yaradır. Süni intellekt sistemi petabaytlarla müşahidə məlumatlarını "Google"un Qlobal Yerləşdirmə (Global embedding) adlandırdığı məlumatlara inteqrasiya edir.
Nəticədə, genişmiqyaslı analiz üçün kifayət qədər informativ olan Yerin rəqəmsal əkizi meydana çıxır.