Təyyarə qəzasından az sonra əsas təhlükə nə olub?

Dünən, 11:28           
Təyyarə qəzasından az sonra əsas təhlükə nə olub?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ötən il ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal layihələr aparıcı media resurslarının, analitiklərin, xəbər kanallarının diqqətindən yayınmayıb.

Fransanın "France 24" nəşri dəhşətli təyyarə qəzası ilə bağlı xəbər yayımlayıb. Prezident İlham Əliyevin "AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi Rusiya tərəfindən vurulub" fikrindən sitat gətirilib.

Dövlət başçısı müsahibəsində bildirib ki, Rusiya Azərbaycandan üzr istəsə də, rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.

Rusiyanın TASS informasiya agentliyi xəbər verir ki, Prezident İlham Əliyev təyyarəni Aktau yaxınlığında endirməyə nail olan pilotların şücaətindən danışıb. Dövlət başçısı "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Çinin "China Daily" nəşri xəbər verir ki, iqlim problemi Azərbaycanda müzakirə olunub.

Qeyd olunub ki, Çin COP29-un uğurlu nəticələr əldə etməsi və qlobal iqlim fəaliyyəti üçün bütün ölkələrlə birlikdə səy göstərməyə hazırdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsini yüksək qiymətləndirən mənbə qeyd edib ki, Çin nümayəndə heyəti Paris Sazişinin tələblərinin yerinə yetirilməsi üçün COP29-un işində konstruktiv rol oynamağa, ev sahibi Azərbaycanla və müvafiq tərəflərlə çalışmağa davam edəcək.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.