COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq

7-01-2025, 15:47           
COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
Koronavirus yoluxmadan illər sonra da beyində mənfi təsirlər qoya bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Münhen Universitetinin alimlərinin yeni tədqiqatı göstərib. Nəticələr "Cell Host & Microbe" jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin spayk proteini yoluxmadan dörd il sonraya qədər beyin qişalarında və kəllə sümüyü iliyində qala bilər. Bu isə neyrodegenerativ xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

Bunu süni intellektə əsaslanan innovativ görüntüləmə metodu sayəsində öyrənmək mümkün olub. Yeni metod hüceyrə strukturlarını, metabolitləri və virus proteinlərini 3D formatda göstərməyə kömək edir.

Nəticələr göstərib ki, spayk proteini bu bölgələrdə xüsusilə çox olan ACE2 reseptorları ilə birləşərək sümük iliyində və beyin qişalarında toplanır və illərlə qalır.

Elm adamlarının sözlərinə görə, spayk proteininin davamlı mövcudluğu COVID-19-un nevroloji nəticələri, həmçinin "uzun koronavirus" və neyrodegenerativ xəstəliklərlə əlaqəli ola bilər.

Alimlər hesablayıblar ki, spayk proteininin daimi mövcudluğu beynin qocalmasını sürətləndirə bilər ki, bu da onun normal işinin beş-on il itirilməsinə bərabərdir.

Tədqiqat, həmçinin uzunmüddətli fəsadların riskinin azaldılmasında mRNT peyvəndlərinin effektivliyini təsdiqləyib. Lakin hətta peyvənddən sonra da yoluxma mümkündür. Belə infeksiyalar xroniki beyin iltihabına səbəb ola bilər ki, bu da insult və digər ciddi fəsadların riskini artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru