Çiy süd neçə dəqiqə qaynadılmalıdır?

9-01-2025, 09:58           
Çiy süd neçə dəqiqə qaynadılmalıdır?
Çiy süd istehlakdan əvvəl təhlükəsizlik üçün qaynadılmalıdır. Foodinfo.az xəbər verir ki, südü qaynadarkən onun tərkibindəki bakteriyaların məhv edilməsi üçün ən azı 5-10 dəqiqə qaynama temperaturunda saxlanılması tövsiyə olunur. Süd qaynamağa başladıqdan sonra onu davamlı qarışdıraraq yanmasının qarşısını almaq vacibdir. Çox uzun müddət qaynatmaq isə südün qida dəyərini azalda bilər. Buna görə də, müvafiq vaxtda dayandırmaq lazımdır. Çiy südü qaynatmaqla Salmonella, E. coli və digər zərərli mikroorqanizmlərin məhv edilməsi təmin edilir. Qaynadıldıqdan sonra südün otaq temperaturunda soyudulması və soyuducuda saxlanılması onun keyfiyyətini qorumağa kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru