Qəhvənin günün hansı vaxtında xərçəngin qarşısını aldığı öyrənilib

Bu gün, 12:29           
Qəhvənin günün hansı vaxtında xərçəngin qarşısını aldığı öyrənilib
"Qəhvəni səhər içən insanlar ürək-damar xəstəlikləri və xərçəngdən daha az əziyyət çəkirlər".

Bu, "European Heart Journal"da dərc edilmiş məlumatlarda öz əksini tapıb.

Bildirilib ki, alimlər ilk dəfə qəhvənin qəbul edilmə vaxtının sağlamlığa təsirini öyrəniblər.

Maraqlıdır ki, ancaq səhər içilən qəhvə belə təsir göstərir, gün ərzində bu içkini qəbul edənlər arasında bu effekt müşahidə edilməyib.

Təhlil zamanı mütəxəssislər 40 min nəfərin qidalanmasını və həyat tərzini araşdırıblar. Alimlər vurğulayıblar ki, tədqiqatın nəticələrində genetika, xroniki xəstəliklər və qidalanma vərdişləri kimi mühüm amillər nəzərə alınıb.

Xatırladaq ki, bundan əvvəl həkimlər gündə üç fincan qəhvənin ikinci tip şəkərli diabet və insultun qarşısının alınmasında mühüm rol oynadığı barədə xəbər vermişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.