Piyi "yandıran" bitki - Gündə 300 qram kifayətdir

Bu gün, 16:28           
Piyi "yandıran" bitki - Gündə 300 qram kifayətdir
Qara kəndalaş şirəsinin gündəlik qəbulu maddələr mübadiləsinin yaxşılaşmasına, qanda şəkərin səviyyəsinin azalmasına və orqanizmin piy yandırma qabiliyyətinin artmasına kömək edir.

Bu barədə Vaşinqton Dövlət Universitetinin rəhbərliyi altında aparılan tədqiqatlardan sonra məlum olub. Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Təcrübədə artıq çəkisi olan 18 yetkin iştirak edib. Bir həftə ərzində iştirakçılar 12 unsiya (340 qram) kəndalaş meyvəsinin şirəsi qəbul ediblər. Tədqiqatın nəticələri göstərib ki, şirə bağırsaq mikrobiomunun tərkibini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, faydalı bakteriyaların miqdarını artırır və zərərli bakteriyaların səviyyəsini azaldır.

Bundan əlavə, kəndalaş meyvəsinin şirəsi qanda qlükoza səviyyəsini orta hesabla 24%, insulin səviyyəsini isə 9% azaldıb. Bu dəyişikliklər qlükozaya qarşı tolerantlığın və orqanizmin karbohidratları emal etmək qabiliyyətinin yaxşılaşdığını göstərir.

Həmçinin, piy oksidləşməsinin artması qeydə alınıb ki, bu da qida qəbulundan və fiziki aktivlikdən sonra orqanizmin yağ turşularını parçalamaq qabiliyyətinin artdığını göstərir.

Tədqiqatçılar müsbət təsirləri kəndalaş meyvəsində iltihabəleyhinə, antidiabetik və antimikrob xüsusiyyətlərinə malik bitki birləşmələri olan antosianinlərin yüksək tərkibi ilə əlaqələndirirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.