Antarktidada yaşı milyon ildən çox olan buz təbəqəsi tapıldı
Bu gün, 15:29
Cənub qütbünün ucqarlarında 2,8 km dərinlikdən buz təbəqəsi çıxarılıb.
Alimlər Antarktidada 2,8 km dərinlikdən qədim buz təbəqəsini çıxarıblar.
Bu barədə Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən "Beyond Epica" elmi layihəsinin saytında məlumat verilib.
Dörd illik qazma işlərindən sonra tədqiqatçılar Antarktida buz təbəqəsinin altındakı əsas qaya süxurların parçasını çıxarmağa nail olublar və onlar orada "yaşı 1,2 milyon ildən çox ola biləcək parnik qazları ilə köhnə havanın toxunulmamış nümunələrini" tapmağa ümid edirlər. Alimlərin fikrincə, buz parçası "Yerin iqlimi və atmosferinin tarixi haqqında ən vacib detalları açıqlayacaq". Hazırda onu infraqırmızı lampalar altında araşdırırlar.
İqlim dəyişikliyi üzrə mütəxəssislərin fikrincə, qədim buz kütləsi karbon dövrü ilə Yerin temperaturu arasındakı əlaqəni aşkar etməyə kömək edə bilər.
"Beyond Epica" layihəsində Avropa İttifaqının 10 ölkəsindən olan 12 elmi institutun nümayəndələri iştirak edirlər.
Bundan əvvəl Antarktika sularında plastik üzərində təhlükəli bakteriyaların qrupları da aşkar edilib.
Bu yaxınlarda alimlər həmçinin Antarktika buzlarının əriməsinin vulkan püskürmələrinə səbəb ola biləcəyini öyrəniblər.