Azərbaycanda niyə taksilər azalıb? - AKTUAL

Bu gün, 08:29           
Azərbaycanda niyə taksilər azalıb? - AKTUAL
Azərbaycanda taksilərin sayı 3 dəfə yaxın azalıb.

Bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir. Yəni, belə taksilərin sayı 44 min ədəd azalıb.

Qeyd olunub ki, 13 taksi sifarişi operatoruna icazə verilib. Ötən il taksi daşımalarında 13513 sahibkara buraxılış vəsiqəsi verilib.

Hazırda 135 yerdə taksi duracağı mövcuddur və bu sayın artırılması nəzərdə tutulub.

Bəs azalmaya təsir edən əsas faktorlar nələrdir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”a açıqlamasında deyib ki, taksilərin sayının azalmasının əsas səbəbi məhz taksi fəaliyyəti ilə bağlı olan yeni qaydaların tətbiqiylə əlaqədardı:

“Azalmaya təsir edən əsas amillər kimi bura qiymət yüksəlişini əlavə edə bilərik. Ən əsası isə ictimai nəqliyyatın avtobus seqmentində marşruta buraxılan avtobusların sayını göstərə bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.