Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - Özü AÇIQLADI

15-01-2025, 10:24           
Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - Özü AÇIQLADI
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsini icra edən Vazeh Əsgərovun həmin universitetdə ikinci ali təhsil alması ilə bağlı iddialar yayılıb.

İddialara görə, o, energetika mühəndisliyi üzrə təhsil alır.

TEREF bildirir ki, Modern.az iddia ilə bağlı Vazeh Əsgərovla əlaqə saxlayıb.

O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Belə bir şey yoxdur. Mən 14 il təhsil almışam, 4 il Azərbaycanda bakalavr pilləsində oxumuşam, 10 il isə xaricdə. Yayılanlar hamısı boş söhbətlərdir".

Qeyd edək ki, Vazeh Əsgərov 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-cı ildən UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.

O, 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru təyin edilib və ona ADNSU-nun rektoru vəzifəsini icrası tapşırılıb.

Xatırladaq ki, ADNSU-nun əvvəlki rektoru Mustafa Babanlı 2023-cü ildə vəzifəsindən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru