Çinlilər Rusiyanın ən çox hansı ərzaqlarını bəyənirlər?
Bu gün, 09:14
Mağaza satıcıları bildiriblər ki, çinlilərin Rusiya brendlərindən olan bu ərzaqları alması üçün böyük növbələr yaranır. Rusiya Federasiyasından gələn bir ərzaq növü çinli alıcılar arasında son dərəcə populyardır. Bu barədə Şençjen (Cənubi Çin) şəhərində Rusiya ərzaq mağazasına baş çəkən “aif.ru”nun müşahidəçisi məlumat verib. Mağaza satıcıları bildiriblər ki, çinlilər daha çox məşhur Rusiya brendlərinin şokoladlarını alırlar və adətən bunun üçün böyük növbələr yaranır. “Bizim insanlar bu şokoladları hədsiz çox sevirlər” - satıcılardan biri bildirib. Sorğulara görə, Rusiyadan gələn şokolad alıcıların 75%-nin sevimli məhsuludur. “Aif.ru”nun rəyçisi onu da qeyd edib ki, Rusiya istehsalı olan dondurma və bal çinlilər arasında populyarlıq baxımından ikinci və üçüncü yerdədir.