Rövşən Məmmədov nədən Rusiyaya "reverans" edir

21-01-2025, 10:44           
Rövşən Məmmədov nədən Rusiyaya "reverans" edir
Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının yanvarın 19-da efirə gedən buraxılışında Rusiyanı sərt tənqidi hissəsini internetdən izlədim.
Rusiyanın ünvanına söylədiklərinin çoxuna qatılıram, sadəcə ilk cümlələrindən birində “Azərbaycan heç vaxt Qərbin Rusiyaya qarşı əsassız sanksiya kampaniyasına qoşulmayıb” cümləsindəki “əsassız” sözünü bölüşmürəm.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, bu doğrudur, eyni zamanda işğalçıya qarşı sanksiyaların əsaslı olduğu qənaətindəyəm.
Bir dövlət başqa dövlətin ərazisinə soxulub, insanlar kütləvi şəkildə qətlə yetirilib, beynəlxalq hüquq pozulub və işğalçıya qarşı sanksiya tətbiq edilib. 35 il əvvəl Azərbaycanda qırğın törədən keçmiş SSRİ rəhbərliyinin bugünkü Rusiya hakimiyyətinin siyasətindən elə bir fərqi yoxdur.
O zaman Kremldə oturanlar “Azərbaycanda radikal islamçılara qarşı əməliyyat həyata keçirilib” yalanını dünyaya yaymağa çalışırdılar, Kremlin indiki sahibi də eynisini həyata keçirir, təyyarəmizi raketlə vurub vətəndaşlarımızı öldürdükləri bəs deyil, hələ bizə qarşı çirkin təbliğata başlayıblar.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru