Gəncədə "şortik" DAVASININ TƏFƏRRÜATI: "Ayıbdır, camaat baxır"

21-01-2025, 10:17           
Gəncədə "şortik" DAVASININ TƏFƏRRÜATI:
Gəncədə "şortik" mübahisəsi qanla nəticələnib.

TEREF Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov "şortik" geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.

Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.

"Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə "şortik"lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar", - qonşu Amid Həsənov deyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İlimşah Şahvələdova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru