Hansı insanlar insulta daha çox meylli olur? –HƏKİM ŞƏRHİ

Bu gün, 15:38           
Hansı insanlar insulta daha çox meylli olur? –HƏKİM ŞƏRHİ
Həkimlər kimin insulta daha çox meylli olduğunu izah ediblər.

Azpost.info bildirir ki, Rusiyanın “Rospotrebnadzor”un mütəxəssisləri beyin toxumasının zədələnməsinə səbəb olan əsas risk faktorlarını sadalayıblar.

Mütəxəssilərin açıqlamasında deyilir ki, beynin mümkün qədər səmərəli işləməsi üçün sağlam həyat tərzi lazımdır. Onlar xatırladıb ki, bütün bədəni idarə edən beynin tərkibində 100 milyarda yaxın neyrondan və 75%-i sudan ibarətdir.

Mütəxəssislərin fikrincə, insult hər kəsin başına gələ bilər. Lakin qan təzyiqi yüksək olan insanlar, fiziki hərəkətsizlik, düzgün qidalanmayan, artıq çəkisi olan insanlar risk altındadır. Bundan əlavə, siqaret, spirt və stress insult riskinə ciddi şəkildə təsir edir.

Həkimlər insanları sağlamlıqlarının qeydinə qalmağa, aktiv olmağa, düzgün qidalanmağa, kifayət qədər yatmağa, yaddaşı məşq etməyə, xəsarətlərdən, stressdən çəkinməyə və pis vərdişlərdən əl çəkməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.