Miqrantların ən çox üz tutduqları Avropa ölkəsi dəyişib

7-04-2025, 17:44           
Miqrantların ən çox üz tutduqları Avropa ölkəsi dəyişib
Almaniyada ilin birinci rübündə sığınacaq üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

"TvRus" xəbər verir ki, uzun illərdən sonra ilk dəfə olaraq Almaniya Avropa İttifaqında sığınacaq üçün müraciətlərin sayına görə birinci yeri itirib.

Sənədlərə görə, indi ən çox müraciətin qeydə alındığı ölkə Fransadır. 1 yanvar-31 mart 2025-ci il tarixlərində ümumi 40,871 müraciət qeydə alınıb. Onu İspaniya (39,318 müraciət) və Almaniya (37,387 müraciət) izləyir.

Qeyd edək ki, Almaniyada sığınacaq üçün müraciətlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.

Ən az müraciətin qeydə alındığı ölkələr siyahısında isə Macarıstan (cəmi 22 müraciət) və Slovakiya (37 müraciət) yer alıb.

Avropa İttifaqına ən çox sığınacaq müraciəti Venesuela vətəndaşları tərəfindən edilib. Onları əfqanlar və suriyalılar izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru