Colossal Biosciences şirkəti 10,000 il əvvəl nəsli kəsilmiş heyvan növünü yenidən "həyata qaytarıb" VİDEO
11-04-2025, 10:04

Colossal Biosciences şirkəti bir zamanlar Şimali və Cənubi Amerikalarda yaşamış Aeonocyon dirus, və ya ingiliscə "Direwolf" adı ilə bilinən 10,000 il əvvəl nəsli kəsilmiş heyvan növünü yenidən "həyata qaytarıb".
1. 13,000 il yaşı olan diş və 72,000 il yaşı olan kəllədən Aeonocyona aid DNT çıxarılıb.
2. Aeonocyon DNT-si müasir boz qurdun DNT-si ilə müqayisə edilib. Aeonocyona məxsus xüsusiyyətləri (iri ölçü, ağ tüklər, iri dişlər və s.) müəyyən edən 14 gendə 20 fərq aşkarlanıb.
3. Canlı boz qurddan qan damarlarının içini örtən endotel proqenitor hüceyrələri (EPC-lər) götürülüb. Alimlərin dediyinə görə bu üsul, toxuma nümunəsi götürməkdən daha yaxşıdır.
4. Boz qurd hüceyrələrinin genləri Aeonocyon xüsusiyyətlərini ifadə edəcək şəkildə redaktə olunub. Ağ tüklə bağlı genlərdə edilən dəyişikliklərlə korluq və karlıq kimi neqativ təsirlərin qarşısı alınıb.
5. "Redaktə olunmuş" nüvələr boz qurdun yumurta hüceyrələrinə yerləşdirilib. Embrionlar inkişaf etdirilərək iki it hibrid surroqatın bətninə köçürülüb (cəmi 45 embrion).
6. İki embrion müsbət nəticə verib və sonda videodakı Romulus və Remus dünyaya gəlib. Bir neçə ay sonra eyni üsulla Khaleesi adlı dişi bala doğulub. Bütün doğumlar qeysəriyyə əməliyyatı ilə aparılıb.
Hazırda balalar şirkətin sirr olaraq saxladığı 2000 arlıq bir qoruqda yaşayırlar.
Cavid Ağa