Barmaqların uzunluğu ilə alkoqolizmə meyil arasında əlaqə tapıldı

14-04-2025, 16:22           
Barmaqların uzunluğu ilə alkoqolizmə meyil arasında əlaqə tapıldı
Britaniyalı və polşalı alimlər barmaq uzunluğu ilə alkoqol asılılığına meyillilik arasında qeyri-adi əlaqə aşkar ediblər.

Oxu.Az "American Journal of Human Biology" jurnalına istinadla xəbər verir ki, onların apardığı araşdırmaya əsasən, adsız barmağı daha uzun olan insanlar (şəhadət barmağı ilə müqayisədə) alkoqolizmə yüksək meyillilik göstərirlər.

Bu qanunauyğunluq adsız barmaqları ənənəvi olaraq qadınlardan daha uzun olan kişilərdə aydın üzə çıxıb. Alimlər bunu testosteronun təsiri ilə izah edirlər.

Suonsi Universiteti və Lodz Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmada 258 könüllü (169 qadın və 89 kişi) iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru