15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

2-05-2025, 00:01           
15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
Paytaxtın Xətai rayonunda dörd çoxmərtəbəli binadan ibarət yaşayış kompleksində bir nəfər belə yaşamır. Qəribədir ki, uzun illər əvvəl binanın tikintisi başa çatsa da, mənzillər hələ satışa çıxarılmayıb. Binanın qəzalı olduğu da deyilir, amma maraqlıdır ki, aşağı mərtəbələrdə obyektlər fəaliyyət göstərir.

Bəs niyə belə bir vəziyyət yaranıb?
TEREF milli.az-a istinadən xəbər verir ki, binada yaşayış olmasa da, obyektlər icarəyə verilir. Həmin şirkətlə əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışsaq da, heç bir nəticə olmadı. Telefonu götürən şəxs bildirdi ki, o, sadəcə vasitəçidir. İcarəyə verilən obyektlərdən sadəcə faizini götürür. Binalarla bağlı ətraflı məlumatlı deyil.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuraliyev bildirir ki, bina qanunvericilikdə nəzərdə tutulan formada istismara verilməyibsə, qeyri-yaşayış obyektlərinin fəaliyyəti də qanunsuzdur:

"Binanın qəzalı vəziyyətdə olmasına dair rəy verilibsə, orda yaşayış və qeyri-yaşayış sahələrində insanların yerləşdirilməsinə və yaxud hansısa bir kommersiya payının həyata keçirilməsinə icazə verilmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru