Su pərisi əfsanələrinə ilham verən nadir dəniz canlısı Çinidə 30 il sonra yenidən aşkarlandı

Bu gün, 11:06           
Su pərisi əfsanələrinə ilham verən nadir dəniz canlısı Çinidə 30 il sonra yenidən aşkarlandı
Çinli tədqiqatçılar Yer üzərində ən qədim dəniz məməlilərindən biri və nağıllardakı dəniz pərilərinin prototipi hesab edilən dyoqonun (Dugong dugon) mövcudluğunu təsdiqləyiblər. Nadir dəniz məməlisi demək olar ki, nəsli kəsilmiş növ hesab edilirdi və bu, son 30 il ərzində dənizin mərkəzi hissəsində ilk təsdiqlənmiş müşahidə olub.

Oxu.Az bildirir ki, bu barədə Çinin CGTN nəşri məlumat yayıb.

"Bu kəşf iqlim dəyişikliyi və insan müdaxiləsi kimi ikiqat stres şəraitində bu növün transokean miqrasiya sxemləri haqqında mühüm ipucları verir", - deyə Çin Elmlər Akademiyasından bildirilib.

Qeyd edilir ki, iyul ayının əvvəlindən ekoloji patrul qrupları Nanşa adaları yaxınlığındakı Yunşu rifi bölgəsində dyoqon fəaliyyətini dəfələrlə qeydə alıblar, avqust ayında isə tədqiqatçılar yaxın məsafədən müşahidələr apararaq, videotəsdiq əldə edə biliblər.
Əfsanəvi dəniz pərilərinin prototipi hesab edilən dyoqonlar həssas növdür və nəsli kəsilmək təhlükəsi altındadır. Çində onlar ən yüksək mühafizə statusuna malikdirlər. Çinin materik sahillərində canlı dyoqon son dəfə 15 il əvvəl görülmüşdü və 2022-ci ildə bu sularda növ funksional olaraq nəsli kəsilmiş elan edilmişdi.

Dyoqonların uzunluğu üç metrə çata bilər, yalnız yosunlarla qidalanırlar və dəniz biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayırlar. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, dqoqonlar adətən ailə qrupları şəklində yaşayırlar, buna görə də tək fərdin görünməsi əlavə araşdırma tələb edir.

Qeyd edək ki, 50-70 il yaşayan dyoqonlar çox yavaş çoxalırlar (dişi heyvan hər 3-7 ildə yalnız bir bala doğur). Tarixən dənizçilər uzun səfərlər zamanı uzaqdan gördükləri dyoqonları qadın bədəninə bənzətdiklərindən dəniz pəriləri haqqında əfsanələrin yaranmasına səbəb olublar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru