İflasa yaxınlaşan Intel’i ABŞ hökuməti xilas edəcək: 8,9 milyard dollarlıq razılaşma
Bu gün, 10:28
Dünyanın ən böyük yarımkeçirici istehsalçılarından “Intel” son aylarda maliyyə böhranı ilə gündəmdədir. Şirkət 2025-ci ildə 24 min nəfərin işdən çıxarılacağını açıqlayaraq ciddi çətinlik yaşadığını təsdiqləmişdi.
Valyuta.az xəbər verir ki, bu vəziyyət texnologiya müharibələrinə böyük önəm verən ABŞ hökumətini də hərəkətə keçirib. Prezident Donald Tramp administrasiyası “Intel”in iflas etməsinin qarşısını almaq üçün şirkətə birbaşa sərmayə qoyacağını bəyan edib.
ABŞ hökuməti “Intel”in 10%-ni əldə edir
Rəsmi məlumata görə, hökumət “Intel”in təxminən 10%-lik səhmlərinə sahib olacaq. Maraqlısı odur ki, bu sərmayə üçün dövlət büdcəsindən birbaşa vəsait ayrılmayıb.
Razılaşmanın ümumi həcmi 8,9 milyard dollar təşkil edir. Bunun 5,7 milyard dolları “Çip və Elm Qanunu” çərçivəsində verilən hibələrdən, 3,2 milyard dolları isə “Intel” üçün ayrılmış xüsusi büdcədən maliyyələşdiriləcək.
Çin faktoru və böhranın dərinləşməsi
“Intel” son illərdə rəqibləri ilə yanaşı Çindən də ciddi təzyiq görüb. Şirkətin bazar payı azalaraq böhranın daha da dərinləşməsinə səbəb olub.