Hacı Rasimin "Möcüzə"si - Bakıxanovda səkiləri zəbt edib marketini yekəldir - VİDEO

Bu gün, 10:06           
Hacı Rasimin "Möcüzə"si -
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Möcüzə” market həm piyada səkisini, həm də avtomobil yolunu zəbt edib.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Möcüzə” market piyada səkisini, həm də avtomobil yolunu zəbt etməklə vətəndaşları narahat edir.

AzFakt.com xəbər verir ki, "Möcüzə” market son bir ildə qanunsuz tikintilərin sayını artırmaqla Nazim İsmayılov 5 ünvanını "işğal” edib. Məlumata görə market rəhbəri Hacı Rasim Sabunçu rayon İcra Hakimiyyəti ilə anlaşdığı üçün adiyyatı qurumlar "Möcüzə”nin ətrafında aparılan qanunsuz tikililərə göz yumurlar.

Bildirilir ki, "Möcüzə” market rəhbəri hacı Rasim Bakıxanovda market anlayışından küçə ticarətinə keçib. Belə ki, artıq hər gün marketin meyvə-tərəvəz piştaxtaları piyada səkisinə düzülüb. Piyada səkisini marketə qatan hacı Rasim qanunsuz işlərini qanuniləşdirdiyini iddia edir. Vətəndaşlara ucuz mal satmağı ilə öyünən hacı Rasim əslində Sabunçu RİH-nə verdiyi rüşvət sayəsində qanunları tapdaq altına alır. Hazırda Bakıxanov qəsəbəsi Nazim İsmayılov 5 ünvanında "Möcüzə” marketin ətrafında vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan səkilər hacı Rasim tərəfindən zəbt edilərək "özəlləşdirilib”.

Mövzuya qayıdacağıq.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru