Qəzzada aclıq fəlakəti - Ölənlərin sayı 281-ə çatıb, 114-ü uşaqdır

Bu gün, 12:08           
Qəzzada aclıq fəlakəti - Ölənlərin sayı 281-ə çatıb, 114-ü uşaqdır
Qəzzanın blokadası zamanı qida çatışmazlığından ölənlərin ümumi sayı 114-ü uşaq olmaqla, 281 nəfərə çatıb.

"Report" xəbəe verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından səkkiz ölüm faktını qeydə alıb. Bununla da aclıqdan ölənlərin ümumi sayı 281-ə çatıb ki, onlardan 114-ü uşaqdır", - məlumatda deyilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Fələstin anklavında ilk dəfə olaraq fəlakətli aclıq vəziyyəti elan edib. Sentyabrın sonuna qədər Qəzza zolağında 640 mindən çox insanın Qida Təhlükəsizliyi Təsnifatına görə beşinci mərhələ kimi təsnif edilən qida təhlükəsizliyinin fəlakətli səviyyələri ilə üzləşəcəyi təxmin edilir.

Qəzza administrasiyasının məlumatına görə, İsrail iyulun 27-dən avqustun 20-dək fələstinlilərə humanitar yardımın çatdırılmasını qismən bərpa etdikdən sonra 2 187 yük maşınının zolağa daxil olmasına icazə verib ki, bu da əhalinin yardım ehtiyacının 15 %-dən çoxunu ödəmir.

2023-cü il oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində ölənlərin sayı 62 mini keçib, əksəriyyəti mülki şəxslərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru