Bakıda tramvaylar bərpa olunacaqmı? (VİDEO)

Bu gün, 12:54           
Bakıda tramvaylar bərpa olunacaqmı? (VİDEO)
Gürcüstanın paytaxtı Tiflisdə tramvay xətləri layihəsinin alınması və tikinti işlərinin həyata keçirilməsi üzrə tender elan edilib. Bunu şəhərin meri Kaxa Kaladze açıqlayıb.
Bəs Bakıda necə?
Nəqliyyat eksperti Yasin Mustafayev "Xəzər Xəbər"ə bildirdi ki, şəhərdə nəqliyyat vasitələrinin çoxalmasını nəzərə alaraq ictimai nəqliyyatın işinin optimallaşdırılması, genişləndirilməsi və bunların istifadəsi üçün vətəndaşlar arasında təbliğat işlərinin aparılması həyata keçirilir.
Yasin Mustafayev bildirdi ki, xüsusilə Bakıətrafı kəndləri birləşdirən tramvay xəttinin həyata keçirilməsi nəzərdə tutulur
Yerüstü nəqliyyat Agentliyindən isə bildirildi ki, Bakıda iki yaşayış sahəsinin Mehdiabad və "Sea Breeze" ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru