Zelenski: “Ukrayna daha heç vaxt rüsvayçılığa məcbur edilməyəcək”

Bu gün, 00:05           
Zelenski: “Ukrayna daha heç vaxt rüsvayçılığa məcbur edilməyəcək”
Ukrayna rusiyalıların “güzəşt” adlandırdıqları rüsvayçılığa tarixdə daha heç vaxt məcbur edilməyəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciətində deyib.

Müraciətin videosu Zelenskinin “Telegram” kanalında yayımlanıb.

“Ukraynaya deyilməyib ki, kənardan gözləsin. Ona deyirlər ki, qərarı yalnız siz verməlisiniz. ABŞ və Avropa isə hazırda razıdır ki, Ukrayna hələ qalib gəlməyib, lakin uduzmadığı da dəqiqdir”, – deyə o vurğulayıb.

Zelenski əlavə edib ki, müharibənin yekunları üzrə Ukrayna sabit, davamlı və etibarlı sülhü təmin etməlidir:

“Ukrayna onu əldə edəcək, çünki təhlükəsizlik zəmanətləri alacaq. Elə güclü təhlükəsizlik zəmanətləri ki, dünyada heç kimin ağlına Ukraynaya hücum etmək gəlməsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru