Putinin gizli nüvə görüşü keçirdi – Nə baş verir?

Bu gün, 10:14           
Putinin gizli nüvə görüşü keçirdi
Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə sənayesinin mərkəzi və ilk sovet atom bombasının “vətəni” olan Sarova səfər edib və burada onun rəsmi cədvəlinə daxil olmayan qapalı iclas keçirib.

TEREF bildirir ki, bu barədə Rusiya dövlət başçısını müşayiət edən “Kommersant”ın jurnalisti Andrey Kolesnikov məlumat verib.

Kolesnikovun sözlərinə görə, görüşdə Putinin 2018-ci ildə elan etdiyi “Burevestnik” nüvə raketinin sınaqdan keçirilməsi müzakirə olunub. Əsas məsələlərdən biri raketin 2025-ci ildə istifadəyə verilməsi ehtimalı ilə bağlı olub.

Maraqlıdır ki, gizli görüş “Novaya Zemlya”da “Burevestnik”in sınaqlarından bir neçə gün sonra baş tutub. Qərb ölkələrindən birinin kəşfiyyat xidmətindəki mənbə Reuters agentliyinə məlumatı təsdiqləyib.


Pankovo ​​poliqonunda sınağın necə başa çatdığı hələ məlum deyil.

2020-ci ilin yayında ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Moskvanı bu raketin təhlükəli sınaqlarını dayandırmağa çağırıb. Senatda çıxış edən Billinqs bunu “uçan Çernobıl” adlandırıb. Çünki raket uçuş zamanı radiasiya izi saxlaya bilən nüvə yanacağından istifadə edir və mümkün qəza ərazinin ciddi çirklənməsi ilə nəticələnir./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru