La Liqa: "Barselona" "Levante" oyununda qol yağışı
Bu gün, 10:16
Valensiyadakı "Syudad de Valensiya" stadionunda İspaniya La Liqasının 2-ci turunun "Levante" - "Barselona" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, kataloniyalılar səfərdə 2:3 hesabı ilə inamlı qələbə qazanıblar.
İki turdan sonra "Barselona"nın 6 xalı var və İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Mövsümün əvvəlində iki dəfə məğlub olan "Levante" 18-ci pillədə qərarlaşıb.