Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr HƏDDİ

16-05-2025, 16:38           
Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr HƏDDİ
Müasir avtomobil mühərrikləri orta hesabla 200 min kilometr məsafəni heç bir əsaslı təmirə ehtiyac olmadan qət edə bilir.

Oxu.Az-ın "Tatar-inform"a istinadla verdiyi xəbərə görə, bu barədə tanınmış rusiyalı avtomobil eksperti İqor Morjaretto bildirib.

"Minik avtomobillərinin mühərrikləri hazırda əsaslı təmir görmədən 200 min kilometrə qədər işləyə bilir. Əlbəttə, bu həddi keçəndən sonra da mühərrik işləməyə davam edir. Amma bu mərhələdə avtomobili satıb texnologiya, rahatlıq və təhlükəsizlik baxımından daha üstün yeni model almaq daha sərfəlidir", - deyə Morjaretto izah edib.

Ekspert əlavə edib ki, keçmişdə avtomobil istehsalçıları daha uzunömürlü mühərriklər hazırlayırdılar. "Əvvəllər mühərriklər bir milyon kilometr həddini belə keçə bilirdi. İndi isə bu nadir hal sayılır", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru