Azərbaycanda bu il 24 məktəbli intihar edib - araşdırma
29-10-2016, 09:44
Dünyanın hər yerində kişilər qadınlarla müqayisədə daha çox intihar edir. Azərbaycanda da belədir.
Ancaq bu ilin ötən müddətində Azərbaycanda intihar edən məktəblilərin arasında qızlar çoxluq təşkil edir.
PRESSDAY.az-ın rəsmi mənbələrə istinadən apardığı araşdırmaya görə, bu il həyatlarına qəsd edən məktəblilərin 15-i qız, 9-u oğlan olub.
Məktəblilər niyə özlərini öldürürlər? Onların ailə qayğıları yoxdur, işləmək tələb olunmur. Lakin araşdırma göstərir ki, bizim məktəblilər arasında ehtiyacdan, ailədəki sosial problem, yaxud məktəbdə hansısa formada incidilməsi səbəbindən həyatlarına son qoymağı ən sonuncu çıxış yolu kimi seçirlər.
Bu il Azərbaycanda intihara cəhd edən məktəblilərin sayı 9 olub. Onların da 5-i qız, qalanı oğlandır.
Cəlilabadda beş məktəbli niyə intihar edib?
Mayın 11-də Cəlilabad rayonu, Seyidbazar kəndində intihar edən 10-cu sinfi şagirdi Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırıblar.
Mərhumun dayısı Niyaməddin Mirzəyev iddia edib ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub: “Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllimə məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu ordan çıxartdıq.
Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimənin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüb, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb “sən kimsən, nə gününə gülürsən,sənə 2 verirəm, gedib gülərsən” deyib. Direktor özü də Vasifə “pozğun” deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi.
Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisi oğluna deyirmiş ki, mənim arxamca gəl dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl “Votsap”da mesaj yazıb bibisinə göndərib”.
O, mesajında yazıb: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız...”
Cəlilabad rayonu, Moranlı kənd sakini, 17 yaşlı Kifayət Hüseynova özünü asıb.
Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb. O bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.
Yaxınları Kifayət Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.
Cəlilabad rayonu, Gülməmmədli kənd sakini, 11 yaşlı Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İlkin ehtimala görə, uşaq ailə üzvlərinin sözündən küsdüyü üçün belə bir addım atıb. Belə ki, ona hadisə baş verən gün ailə üzvləri tərəfindən televizora çox baxması barədə irad tutulub.
Məlumata görə, intihar edən Sabir Nuri ailənin tək oğlan uşağı olub. Onun 3 bacısı var. Nurinin atasının kənd məktəbində müəllim, babasının isə xəstəxanada həkim işlədiyi bildirilib.
İyunun 3-də Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 17 yaşlı Səbinə Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. Qızın özünü hansı səbəbdən öldürdüyü açıqlanmayıb.
Cəlilabad rayonu, Privolnoye kəndində isə 14 yaşlı P.H. özünü asıb.
Neftçalada iki məktəbli özünü asıb, biri özünü güllələyib
Martın 8-də axşam saatlarında Neftçala rayonunun 1-ci Mayak kəndində 11 yaşlı Xədicə Kazımova özünü asıb. Valideynləri 5-ci sinif şagirdinin intiharına heç bir səbəbin olmadığını bildirib.
Neftçala rayonunun Duzdağ adlanan ərazisinidəki qışlaqda 16 yaşlı Aytac Qasımova ov tüfəngi ilə özünü vuraraq intihar edib. Rayon sakinlərinin verdikləri məlumata görə, Aytacın ailəsi heyvandarlıqla məşğul olmaq üçün Lerik rayonundan Neftçalaya gələrək qışlaqda yaşayır.
Neftçala rayonu, Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Hüseynov özünü asıb.
İntiharın səbəbi açıqlanmayıb.
Bakıda intihar edən məktəblilər
Martın 19-da Xətai rayonunda 15 yaşlı Emilya Məmmədzadə yaşadığı ünvanda çoxsaylı dərman qəbul edib. O, Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Pirallahı rayonu, Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb.
O, Yavər Əliyev adına 235 saylı tam orta məktəbin rus bölməsinin şagirdi olub.
Qonşularının bildirdiyinə görə, Səbinə Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb.
Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögey atasının münasbətləri yaxşı olmayıb: “Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrı-seçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz”.
15 yaşlı oğlan özünü sevdiyi qıza görə asıb
Avqustun 9-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən avtotəmir sexində çalışan 15 yaşlı Teymur Həsənli özünü tavandan trosla asıb.
Yay tətili olduğundan o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazını qılıb. Anasına deyib ki, yarım saatlıq sexə gedib qayıdacaq. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman onun cibində məktub olub.
Bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirən Teymurun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilib.
Teymur məktubunda sevdiyi qızın adını yazmayıb. Lakin son sözlərini sevdiyi qıza ünvanlayıb: “Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm”.
Atası ölən, anası içkiyə qurşanan oğlan özünü asıb
Ysamal rayonu, Yeni Yasamalda yaşayan, 16 yaşlı Taleh Atakişiyev özünü asıb. O, rayondakı 53 saylı orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi bu il məzun olacaqdı...
Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını dəyişib. Anası tatardır. Talehin valideynləri o uşaq olanda boşanıblar. Uşaq o vaxtdan atası ilə qalıb. Atası iki il əvvəl dünyasını dəyişəndən sonra Bakıya, bibisi ilə yaşamağa gəlib.
Taleh atasını itirib, anasız da qalmasın deyə, bibisi tatar vətəndaşı olan anasını tapıb gətirib. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla yaşaya bilməyib və qadın yenə də çıxıb gedib.
2014 -ci ildə atasını itirdikdən sonra Talehin çətin günləri başlayır. Getdikcə sıxıntıları artan Talehin bu il məktəbli forması almağa belə pulu olmayıb. Evə gedəndə yemək tapmadığından müəllimlərə şikayət də edirmiş.
Müəlliməsi deyib ki, bu il məktəbli forması ala bilməmişdi, köhnə bir köynək-şalvarı var idi, onunla dərsə gəlib-gedirdi: "Məktəbə daxil olanda sıradan çıxarmasınlar deyə saat 7-dən gəlib otururdu sinifdə. Baxan yox idi ona. Axır vaxtlar çox arıqlamışdı, hətta elə vəziyyət çatmışdı ki, iyindən sinfə girmək olmurdu”.
16 yaşlı yeniyetmə atasının yanında, Kürdəmirdə dəfn olunub.
Qubada 15 yaşlı qız özünü kanala atıb
Aprelin 19-da axşam saatlarında Quba rayonu, Barlı kənd sakini, 15 yaşlı Güldanə Tağıyeva özünü kəndlərinin yaxınlığından keçən Samur-Abşeron kanalına atmaqla intihar edib. 9-cu sinif şagiridinin hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.
İmişli rayonu, Sarxanlı kənd sakini, 17 yaşlı Şahmurad Aslanlı özünü asıb. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Xaçmaz rayonunun Hacılar kənd sakini, 13 yaşlı Südabə Əliyeva yaşadığı evdə intihar edib. Kənd məktəbinin 7-ci sinif şagirdi olan Südabə Əliyevanın hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.
Gəncə şəhəri “Türklər qəsəbəsi” sakini, 16 yaşlı Əli Vəliyev yaşadığı evdə özünü asaraq intihar edib.
Sabirabad rayonu, Qalağayın kənd sakini, 17 yaşlı Hacıxanım Mehdizadə damda özünü asıb. İntiharın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Biləsuvar rayonunun Səmədabad kəndində 14 yaşlı qız yoxa çıxıb. Aprelin 15-də axşam saat 9-radələrində kənddən keçən Əzizbəyov kanalının üzərindəki körpüdən itkin düşən qıza məxsus ayaqqabılar və gödəkçə tapılıb. Məlum olub ki, qız özünü kanala ataraq intihar edib.
Onun valideynləri Kəlbəcər qaçqınlarıdır və fermada çobanlıqla məşğul olurlar.
Ağcabədi rayonu, Şahsevən Təzəkənd kənd sakini, 17 yaşlı Ülkər Quliyeva özünü yaşadığı evin həyətindəki bağda ağacdan asıb. O, orta məktəbin 11-ci sinfində oxuyurdu.
Onun özünü nəyə görə öldürməsi ilə bağlı nə ailə, nə məişət, nə də məktəbdə elə bir əsaslı səbəb aşkarlanmadığı bildirilib. Ülkərin nümunəvi şagird olduğu, dərslərini yaxşı oxuduğu və ali məktəbə hazırlaşdığı da qeyd edilib.
Əmisi Əfqan Quliyev isə qızın intiharına ehtimal kimi, onun sınaq imtahanından az bal toplamasının ola biləcəyini deyib: “4 il idi ali məktəbə hazırlaşırdı. Son sınaq imtahanında təxminən 350 bal toplamışdı və bu, onu narahat edirdi. Buna görə narahat olurdu. Ola bilər ki, Ülkər məhz buna görə özünü öldürüb. Oxuduğu məktəblə də maraqlanmışıq. Heç bir problem olmadığını dedilər”.
Ülkər Quliyeva iki qardaşın tək bacısı olub.
Füzuli rayonu, Şəkərli kənd sakini, Beyləqan ərazisində Fin qəsəbəsində məskunlaşan 11 yaşlı Qara Ağayev evlərində özünü asıb. İntiharın səbəbləri açıqlanmayıb.
Bərdə rayonu, Hacıalı kənd sakini, 17 yaşlı Aytac Surxaylı yaşadığı ünvanda özünü asıb. Verilən məlumata görə, intihar edən qızın psixi problemləri olub. Məlum olub ki, məktəbli qızın atası da ruhi-əsəb xəstəliyindən əziyyət çəkir və bu, onlarda genetikdir.
Sumqayıtda 15 yaşlı qız özünü dənizdə boğub
Yanvarın 24-də Sumqayıt şəhərinin Xəzər bağlar sahəsində yaşayan, 15 yaşlı Aydan Əsgərzadə evdən çıxıb, geri qayıtmayıb. Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti həmin gün saat 04 radələrində həmin ərazinin dəniz sahilində tapılıb. O, intihar məqsədi ilə özünü dənizə atıb.
Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan Aydan Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurub.
Məktəbin direktoru Mətanət Abdullayeva açıqlamasında qızın intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib.
Direktorun sözlərinə görə, Aydan Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır: “Aydan çox həssas qız idi. Müəllimləri ondan razı idilər, dərslərə hər zaman hazırlıqlı gəlirdi. Heç kimin ondan narazılığı yox idi. Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, “ana məni bağışlayın, sizə yük ola bilməzdim”. Aydan yoxsul ailədə böyüyüb. Onun əkiz bacısı da var. İki bacı bir sinifdə oxuyurdu.
Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”.
Daşkəsən rayonu, Bayan kənd sakini, 15 yaşlı Lalə Bağırova yaşadığı evdə intihar edib. O, bu il 9-cu sinfi bitirib.
Yeniyetmə qızın hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
Masallı rayonu, Ərəb kənd sakini, 17 yaşlı Qismət Qasımov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Oktyabrın 21-də Kürdəmir rayou, Beyi kənd sakini, 16 yaşlı Nazəni Yunusova həyətlərindəki tövlədə özünü asıb.
İntiharın səbəbi məlum deyil.
B
Həyatına qəsd edənlərin 15-i qız, 9-u oğlandır
Dünyanın hər yerində kişilər qadınlarla müqayisədə daha çox intihar edir. Azərbaycanda da belədir.
Ancaq bu ilin ötən müddətində Azərbaycanda intihar edən məktəblilərin arasında qızlar çoxluq təşkil edir.
PRESSDAY.az-ın rəsmi mənbələrə istinadən apardığı araşdırmaya görə, bu il həyatlarına qəsd edən məktəblilərin 15-i qız, 9-u oğlan olub.
Məktəblilər niyə özlərini öldürürlər? Onların ailə qayğıları yoxdur, işləmək tələb olunmur. Lakin araşdırma göstərir ki, bizim məktəblilər arasında ehtiyacdan, ailədəki sosial problem, yaxud məktəbdə hansısa formada incidilməsi səbəbindən həyatlarına son qoymağı ən sonuncu çıxış yolu kimi seçirlər.
Bu il Azərbaycanda intihara cəhd edən məktəblilərin sayı 9 olub. Onların da 5-i qız, qalanı oğlandır.
Cəlilabadda beş məktəbli niyə intihar edib?
Mayın 11-də Cəlilabad rayonu, Seyidbazar kəndində intihar edən 10-cu sinfi şagirdi Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırıblar.
Mərhumun dayısı Niyaməddin Mirzəyev iddia edib ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub: “Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllimə məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu ordan çıxartdıq. Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimənin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüb, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb “sən kimsən, nə gününə gülürsən,sənə 2 verirəm, gedib gülərsən” deyib. Direktor özü də Vasifə “pozğun” deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi. Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisi oğluna deyirmiş ki, mənim arxamca gəl dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl “Votsap”da mesaj yazıb bibisinə göndərib”.
O, mesajında yazıb: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız...”
Cəlilabad rayonu, Moranlı kənd sakini, 17 yaşlı Kifayət Hüseynova özünü asıb.
Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb. O bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.
Yaxınları Kifayət Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.
Cəlilabad rayonu, Gülməmmədli kənd sakini, 11 yaşlı Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İlkin ehtimala görə, uşaq ailə üzvlərinin sözündən küsdüyü üçün belə bir addım atıb. Belə ki, ona hadisə baş verən gün ailə üzvləri tərəfindən televizora çox baxması barədə irad tutulub.
Məlumata görə, intihar edən Sabir Nuri ailənin tək oğlan uşağı olub. Onun 3 bacısı var. Nurinin atasının kənd məktəbində müəllim, babasının isə xəstəxanada həkim işlədiyi bildirilib.
İyunun 3-də Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 17 yaşlı Səbinə Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. Qızın özünü hansı səbəbdən öldürdüyü açıqlanmayıb.
Cəlilabad rayonu, Privolnoye kəndində isə 14 yaşlı P.H. özünü asıb.
Neftçalada iki məktəbli özünü asıb, biri özünü güllələyib
Martın 8-də axşam saatlarında Neftçala rayonunun 1-ci Mayak kəndində 11 yaşlı Xədicə Kazımova özünü asıb. Valideynləri 5-ci sinif şagirdinin intiharına heç bir səbəbin olmadığını bildirib.
Neftçala rayonunun Duzdağ adlanan ərazisinidəki qışlaqda 16 yaşlı Aytac Qasımova ov tüfəngi ilə özünü vuraraq intihar edib. Rayon sakinlərinin verdikləri məlumata görə, Aytacın ailəsi heyvandarlıqla məşğul olmaq üçün Lerik rayonundan Neftçalaya gələrək qışlaqda yaşayır.
Neftçala rayonu, Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Hüseynov özünü asıb.
İntiharın səbəbi açıqlanmayıb.
Bakıda intihar edən məktəblilər
Martın 19-da Xətai rayonunda 15 yaşlı Emilya Məmmədzadə yaşadığı ünvanda çoxsaylı dərman qəbul edib. O, Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Pirallahı rayonu, Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. O,
Yavər Əliyev adına 235 saylı tam orta məktəbin rus bölməsinin şagirdi olub.
Qonşularının bildirdiyinə görə, Səbinə Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb.
Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögey atasının münasbətləri yaxşı olmayıb: “Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrı-seçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz”.
15 yaşlı oğlan özünü sevdiyi qıza görə asıb
Avqustun 9-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən avtotəmir sexində çalışan 15 yaşlı Teymur Həsənli özünü tavandan trosla asıb.
Yay tətili olduğundan o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazını qılıb. Anasına deyib ki, yarım saatlıq sexə gedib qayıdacaq. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman onun cibində məktub olub.
Bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirən Teymurun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilib.
Teymur məktubunda sevdiyi qızın adını yazmayıb. Lakin son sözlərini sevdiyi qıza ünvanlayıb: “Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm”.
Atası ölən, anası içkiyə qurşanan oğlan özünü asıb
Yasamal rayonu, Yeni Yasamalda yaşayan, 16 yaşlı Taleh Atakişiyev özünü asıb. O, rayondakı 53 saylı orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi bu il məzun olacaqdı...
Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını dəyişib. Anası tatardır. Talehin valideynləri o uşaq olanda boşanıblar. Uşaq o vaxtdan atası ilə qalıb. Atası iki il əvvəl dünyasını dəyişəndən sonra Bakıya, bibisi ilə yaşamağa gəlib.
Taleh atasını itirib, anasız da qalmasın deyə, bibisi Tatarıstan vətəndaşı olan anasını tapıb gətirib. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla yaşaya bilməyib və qadın yenə də çıxıb gedib.

teref.az