Kral Arturu lənətləmişdi: “Təkbuynuzlu at”ın kəllə sümüyü tapıldı

12-07-2025, 12:34           
Kral Arturu lənətləmişdi: “Təkbuynuzlu at”ın kəllə sümüyü tapıldı
İngiltərənin əfsanəvi hökmdarı Kral Arturun doğulduğu yer hesab edilən Tintacel qalası yaxınlığında tək buynuzlu ata bənzəyən bir kəllə sümüyü aşkar edilib.
Sherg.az xəbər verir ki, kəllə, Kanadadan gəlmiş turist Con Qudvin tərəfindən yosunlu yamacda tapılıb.

Əfsanəyə görə, Artur gənc yaşlarında bir təkbuynuzlu atı öldürüb və bu hadisə krallığın lənətlənməsi ilə nəticələnib. Turist kəllənin saxta olmadığını israrla desə də, britaniyalı mütəxəssislər tapıntının şübhəli olduğunu bildiriblər.

Kəllənin ağır və qədim olduğunu deyən Qudvin, onun yalnız bir buynuzu olduğunu və bu səbəbdən qeyri-adi göründüyünü bildirib. Ailəsi isə kəlləni götürdükdən sonra narahat hiss keçirdiklərini və onun “orada qalmalı olduğunu” düşündüklərini deyiblər.

Kembric Universitetindən paleontoloq Devid Norman isə bu kəllənin “ölü midillinin başına inək buynuzu yapışdırılmış” saxta bir obyekt ola biləcəyini söyləyib.
Əfsanədə isə Merlinin gənc Arturu təkbuynuzlu atı öldürməməsi üçün xəbərdar etdiyi, lakin xəbərdarlığa baxmayaraq Arturun onu öldürməsi nəticəsində krallığın quraqlıq və bəlalarla üzləşdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru