Abşeronda DƏHŞƏTLİ partlayış: ana-balanın ölümünün – Təfərrüatı
Bu gün, 16:26

İyul ayının 7-də Abşeron Gənclər şəhərciyində yerləşən mənzildə baş verən partlayışda ağır yaralanan ana Günel Əliyeva onunla birgə ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən oğlu Mehdi Səmədli bir gün fərqlə dünyasını dəyişiblər. Saytların yazdığı kimi ana oğlunun ölümünü bildikdən sonra dünyasını dəyişməyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə ailənin yaxını jurnalist Amil Hacıyev məlumat paylaşıb. O bildirib ki, saytlarda yayılan məlumat həqiqəti əks etdirmir. Ağır yaralı olan ana dünyasını dəyişərkən oğlunun ölümündən xəbəri olmayıb:
“İyulun 7-də Abşeron Gənclər şəhərciyində yerləşən mənzildə baş verən partlayış zamanı xəsarət alaraq yerləşdirildikləri xəstəxanada dünyasını dəyişən Mehdi Səmədli və Günel Əliyeva mənim yaxınımdır. Bütün saytlarda guya övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb deyə xəbər verilir. Halbuki ananın övladının ölümündən ümumiyyətlə xəbəri olmayıb. Hər ikisi bir gün fərqlə aldıqları ağır yanıq xəsarətlərindən dünyalarını dəyişiblər.
Təəssüf ki, mənbə olan sayta məlumat versək də, xəbəri dəyişmədilər. Mərhumun ailəsi bu barədə məhkəməyə müraciət edəcək. Xahiş edirəm, ailə faciəsini şouya çevirməyək”.
Qeyd edək ki, mənzildə baş verən partlayışda ana və iki övladı yaralanmışdı. Yaralanan digər uşağın vəziyyəti normaldır.