Akif Çovdarovun məhv etdirdiyi video-görüntülərdə nələr varmış? - İTTİHAM AKTINDAN

11-11-2016, 18:35           
Akif Çovdarovun məhv etdirdiyi video-görüntülərdə nələr varmış? - İTTİHAM AKTINDAN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işindən bəzi məqamlar ortaya çıxmaqda davam edir.

Akif Çovdarovun məhv etdirdiyi video-görüntülərdə nələr varmış?

Lent.az-ın məlumatına görə, Akif Çovdarov və onunla ittiham olunan şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarları nazirliyə çağırıb onları qanunsuz olaraq uzun müddət müxtəlif otaqlarda saxlayıb, işgəncə verib, külli miqdarda maliyyə vəsaitlərini əllərindən alıblar.

Lakin iş üzrə epizodlar araşdırılarkən məlum olub ki, qeyd olunan bütün bu şəxslərin MTN-in binasına gəldiklərini əks etdirən heç bir görüntü qalmayıb. İttiham aktından ortaya çıxan faktlarda bildirilir ki, bütün bu görüntülər MTN-in arxivindən silinib.

Belə ki, Akif Çovdarov və işçilərinin seçdiyi qurbanların nazirliyə gətirildiyi və ya çağırıldığını əks etdirən video-görüntülər MTN-in arixivindən silinib. Həmçinin, o da məlum olub ki, MTN-ə gətirilən həmin şəxslər barədə nazirliyin qeydiyyat jurnalında da heç bir qeyd yoxdur. İttiham aktında deyilir: MTN-in inzibati ərazisi və binalarında mövcud olan vide müşahidə sistemində video-görüntü arxivinin arxa zamanlı xronologiyası 2014-cü ilin dekabr ayının 14-dən 2015-ci ilin yanvar ayının 27-dək və 2015-ci ilin sentyabr ayının 15-dən sonrakı vaxtı əhatə etməklə qüvvədə olan hüquqi aktrlara əsasən müvafiq qeydiyyat jurnallarının 1 il müəyyən edilməsi və sonradan məhv olunması səbəbindən 2004-2011-ci illərdə olan qeydiyyat jurnalları və 2004-2008-ci illərdə Buraxılış Bürosuna MTN-in İstintaq Baş İdarəsindən verilən sifarişlərin qeydiyyatı mövcud deyil”. Həmin görüntülər sonradan məhv edilib.

Məsələn, təqsirləndirilən şəxslər tərəfindən müntəzəm olaraq qanunsuz təzyiqlərə məruz qalan “Real MTK” rəhbəri olmuş İlham Qasımovun MTN-in inzibati binasına, eləcə də nazirlikdə vətəndaşların qəbulu üçün otaqların yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları heç bir sənəddə qeydiyyat düşməyib. Həmin vaxt İlham Qasımovun barəsində rəsmi araşdırmanın aparılmasına dair heç bir məlumat müəyyən olunmayıb.

İttiham aktından o da məlum olur ki, Akif Çovdarov və ətrafındakı şəxslər qurbanlarının adlarını İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə “saxla” statusu ilə daxil etməklə də onlara mütəmdi təzyiq göstərirmiş. Onlar qurbanlarına psixoloji təzyiq edərək ölkədən çıxışlarını qanunsuz olaraq məhdudiyyət qoyublar.

Bununla bağlı faktlar cinayət işində də təsdiq edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.