Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi nə qədərdir?
Bu gün, 16:45

Bu ilin yanvar-iyul ayları ərzində Avropa İttifaqı (Aİ) dövlətləri ilə ticarət dövriyyəsi 12,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat verir.
Komitənin hesabatına əsaslanan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz və ya 1,5 milyard (ABŞ) dollar artıb.
Hesabat dövründə Aİ dövlətləri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 43 faizini təşkil edib.
Cari ilin yanvar-iyul ayları üzrə Azərbaycanın Aİ dövlətləri ilə ticarət əməliyyatlarına dair məlumatı təqdim edirik:
Ölkənin adı İxrac
(Min ABŞ dolları ilə)
İdxal
(Min ABŞ dolları ilə))
Avropa İttifaqı ölkələri üzrə ümumi həcm 10 715 370.82 1 688 831.42
Almaniya 376 347.13 512 258.09
Avstriya 43 567.42 62 130.16
Belçika 898.54 37 470.91
Bolqarıstan 449 425.68 14 175.24
Çexiya 548 347.40 44 891.00
Danimarka 54 389.24 18 483.16
Estoniya 16 861.81 7 472.42
Finlandiya 67.75 18 100.10
Fransa 45 802.18 143 854.70
Xorvatiya 451 018.74 3 430.12
İrlandiya 174 269.66 26 202.78
İspaniya 6 064.40 142 209.36
İsveç 743.97 22 733.41
İtaliya 7 195 299.05 303 334.70
Kipr 7 381.38 635.87
Latviya 5 670.51 8 946.30
Litva 2 075.90 12 013.38
Lüksemburq 59.75 557.04
Macarıstan 1 301.76 31 471.06
Malta 3 709.57 317.03
Niderland 135 653.55 77 256.02
Polşa 7 433.53 90 572.09
Portuqaliya 385 113.52 8 369.38
Rumıniya 385 242.00 36 904.28
Slovakiya 474.74 22 870.92
Sloveniya 8 103.36 16 031.20
Yunanıstan 410 048.30 26 140.69