Məshur Məmmədovun “Madeyra” mağazasından şikayət – məhsul yarımçıq çatdırılır, geri qaytarılmır

Bu gün, 16:13           
Məshur Məmmədovun “Madeyra” mağazasından şikayət –
Müştəri sosial şəbəkədə “Madeyra” mağazası ilə bağlı narazılığını paylaşıb.

32gun.az xəbər verir ki, Şikayətçi Kamil Kamil bildirib ki, sifariş etdiyi məhsul ona yarımçıq vəziyyətdə çatdırılıb, ustalar isə həmişə gecikmə ilə gəlirlər:

“Adamlar sifarişi yarım-yamalıq çatdırır, ustaları gec gəlir. Üstəlik, məhsulu qaytarmaq istədim, qaytarmadılar. Heç kimə məsləhət görmürəm”, – deyə vətəndaş qeyd edib.

O, həmçinin vurğulayıb ki, göstərilən xidmət keyfiyyətsizdir və alıcıların hüquqları nəzərə alınmır.

Hazırda müştəri “Madeyra” mağazasından problemin həllini və rəsmi cavab gözləyir.

Qeyd edək ki, "Madeyra" brendi Embawood şirkətinə aiddir. "Embawood Azərbaycan"da fəaliyyət göstərən ən tanınmış mebel istehsalçılarından biridir və Madeyra onun beş brendindən biridir.

Deputat Məşhur Məmmədov "Embawood" şirkətinin təsisçisidir. Şirkətin əsası 1996-cı ildə Masallıda Məşhur Məmmədov tərəfindən qoyulub, hazırda şirkətə Elşad Abbasov adlı sahibkar rəhbərlik edir.

2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağaza fəaliyyət göstərir.

Biznesmen, deputat kimi tanınan Məşhur Məmmədovun təsisçisi olduğu “Embawood”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru